“Mövsümün sonuna qədər stadionumuz hazır olacaq”. Bu sözləri “Milli Liqa TV” You Tube kanalının “III Zona” proqramında qonaq olan “Şahdağ Qusar”ın prezidenti Elçin Cananov deyib.
O, Şövkət Orduxanov adına Qusar şəhər stadionunda işlərin sürətlə getdiyini, artıq növbəti mövsümdən ev oyunlarını doğma rayonda oynaya biləcəklərini diqqətə çatdırıb.