Almaniyanın Essen şəhərinin Regional Məhkəməsi iki ukraynalı basketbolçu – Vladimir Yermakov və Artyom Kozaçenkonun qətli ilə bağlı hökm çıxarıb. Hadisə fevralın 10-da Oberhauzen şəhərində baş verib.

İki təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayanlar üçün cəzaçəkmə müəssisəsində 10, daha iki nəfər isə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkumlardan ikisinin Almaniya, ikisinin isə Suriya vətəndaşlığı var. Qeyd olunur ki, hökmlərə təqsirləndirilən şəxslərin törətdiyi digər cinayətlər də daxildir.

Shares: