“Red Bull” komandasının 27 yaşlı pilotu Maks Ferstappen Qətərdəki son yarışdan sonra Avstriya komandasının hər bir işçisi üçün Dohanın Sankt Regis hotelində ziyafət təşkil edib.
Şənlikdə bütün mühəndislər, mexaniklər və texniki qulluqçular iştirak edirdi. Ferstappen dördüncü dünya çempionluğunun qazanılmasında əməyi olan komandasına təşəkkür etmək üçün ziyafət təşkil etmişdi.
Məlumata görə, dördqat dünya çempionu çıxış edərək komandaya təşəkkürünü bildirib və orada olanların hamısı Maksın sözlərinə heyran qalıb. Qonaqlıqda təqribən 80 nəfər iştirak edib.