Devis Kubokunun final mərhələsi növbəti üç il ərzində İspaniyanın Malaqa şəhərindən İtaliyaya keçəcək. Bu barədə turnirin rəsmi saytında dərc olunmuş press-relizdən məlum olub.
2025-ci ildə turnir Bolonyada təşkil ediləcək. Xatırladaq ki, Devis Kubokunun 2030-cu ilə qədər İtaliyada keçirilməsi ilə bağlı danışıqların getdiyi əvvəlcədən bildirilmişdi.
2019-2024-cü illərdə Devis Kubokunun final mərhələsi İspaniyada baş tutub. 2019-2021-ci illərdə Madrid, 2022-2024-cü illərdə isə Malaqa turniri qəbul edib.
Qeyd edək ki, noyabrda ATP Final turnirinin 2030-cu ilə qədər İtaliyada keçiriləcəyi də məlum olub.