“World Athletics”in səsverməsinə görə 2024-cü ilin idmançıları seçilib. Mükafatlandırma mərasimi Monakoda Şahzadə Albertin iştirakı ilə baş tutub. Tədbirdə kateqoriyalar üzrə mükafatlar təqdim olunub.

Atletikada yeni parlayan ulduzlar:

Mattia Furlani (uzunluğa tullanma);

Sembo Almayu (3000 metr maneəli qaçış).

Şossedə ilin ən yaxşı idmançıları:

Tamirat Tola (marafon);

Sifan Həsən (marafon).

Sektorlar üzrə ilin ən yaxşı idmançıları:

Armand Duplantis (şüvüllə tullanma);

Yaroslav Maquçix (hündürlüyə tullanma).

Cığırda ilin ən yaxşı idmançıları:

Letsil Teboqo (100 və 200 metr);

Sidney Maklaflin-Levron (400 m maneələrlə qaçış).

Letsil Teboqo İlin Kişi İdmançısı, Sifan Həsən isə ən yaxşı qadın idmançısı mükafatına sahib çıxıblar. Atletika sahəsində xidmətlərinə görə xüsusi Prezident Mükafatı Fil Nayta verilib.

deddacd8 6c9f 45d3 a937 b627e848a1a8 - Futbolinfo.az
Shares: