AFFA İntizam Komitəsi I Liqanın 8-ci turunun “Karvan” – “Qəbələ” oyununda baş verənlərə hüquqi qiymət verib.

Futbolinfo.az xəbər verir ki, komitə sərt cəzalara əl atıb.

Qarşılaşma bitdikdən sonra “Karvan”ın futbolçusu Müşfiq Teymurov hakimləri təhqir etdiyinə, aqressiv davrandığına görə 4 oyunluq cəzalanıb, klubunu 300 manat ziyana salıb. Yevlaxlıların digər üzvü Bəhruz Teymurov da hakimləri təhqir etdiyinə görə eyni sanksiya ilə üzləşib və o da “Karvan”ın 300 manat cərimələnməsinə səbəb olub.

“Karvan”ın məşqçisi Zaur Hacıyev rəqib baş məşqçiyə hədə-qorxu gəldiyinə görə 5 oyunluq cəzalanıb, komanda 400 manat cərimələnib.

Bundan başqa, “Karvan”ın baş məşqçisi Kənan Kərimov mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə 2-si şərti olmaqla 5 oyun cəzalanıb, klubunu 400 manat ziyana salıb. Sınaq müddəti 3 ay təyin edilib.

Shares: