“Zirə”nin yarımmüdafiəçisi İssa Cibrilanın futbolinfo.az saytına müsahibəsi

– “Sumqayıt” üzərində 4:1 hesablı qələbəni necə şərh edərdiz. Hər halda bu qədər qol vuracağınız gözlənilən deyildi…

– Qələbə, əladır. İnanıram ki, oyunçularımız buna sevinir. Əlimizə düşən imkanlardan istifadə edərək 4 qol vurduq. Bu, hər matçda olmayan bir şeydir. 3 xalı bu cür qələbə ilə qazandığımız üçün sevinirəm.

– Komanda çətin durumda idi. Uğursuzluq zolağının bu matçla bitdiyini söyləmək olar?

– Bir müddət idi ki, yaxşı nəticələr əldə etmirdik. Hardasa çətinlik çəkdiyimizlə razılaşıram. Amma indi vəziyyət elədir ki, bu cür qələbə tendensiyanı dəyişə bilər. Biz daha yaxşı nəticələr əldə edə bilərik.

– Qarşıdakı matçlardan daha yaxşı nəticə gözlənilir?

– Bu, bizim məqsədimizdir. Hər oyuna qələbə üçün çıxırıq. Turnir cədvəlində daha yaxşı yerlərdə olmaq istəyirik. Bu səbəbdən komandaya xallar və qələbələr lazımdır.

– İlin son oyunlarını keçirəcəksiz, amma bu, təkcə çempionat matçları ilə bitməyəcək. Həm də kubok oyunları var…

– Kubokda əsas məqsəd mümkün qədər irəli getməkdir. Vacib oyunlar bizi gözləyir. Kuboka yaxşı start vermək hər baxımdan bizim üçün üstünlükdür. Həm daha yaxşı oynayacağıq, həm də konsentrasiya yüksək olacaq.

– Qış fasiləsinə hansı pillədə yollanacağınızı düşünürsüz?

– Ən pis halda ilk “üçlük”də olmaq istəyirik.

FƏRİD

Shares: