Erik ten Haq Bundesliqada işləyə bilər. “Leypsiq” niderlandlı mütəxəssislə maraqlanır.

Futbolinfo.az xəbər verir ki, “Ayaks”la böyük uğurlar qazanan, “Mançester Yunayted”də isə məyusluq yaşayan məşqçi oktyabrın 28-dən bəri işsizdir. Amma alman klubu onun İngiltərədə fiasko yaşamasından çəkinmir.

Marko Rozenin rəhbərliyi altında Çempionlar Lqasında və Bundesliqada işləri yolunda getməyən “Leypsiq” tezliklə qərarını verməlidir. Hazırkı baş məşqçi qovulsa, əsas namizəd məhz ten Haq olacaq. “Leypsiq” son 6 matçda 1 heç-heçə edib, 5 dəfə uduzub.

Niderlandlı məşqçinin Almaniyada iş təcrübəsi var. 54 yaşlı mütəxəssis 2013-15-ci illərdə “Bayern”in ikinci komandasına rəhbərlik edib.

Shares: