Belçikalı velosipedçi Remko Evenepul mikroavtobusa çırpılaraq qəzaya uğrayıb. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Hadisə çərşənbə axşamı, dekabrın 2-də baş verib. Toqquşmanın Belçikanın Göyk kommunasında poçt mikroavtobusunun qəfil qapını açması nəticəsində baş verdiyi məlum olub. İdmançının meneceri Patrik Lefever zədələrin xarakterini açıqlamasa da, Evenepulun çiynində və qolunda ağrılar olduğunu bildirib. Hazırda o, həkimlər tərəfindən müalicə olunur. Onun sürdüyü və bu yaxınlarda keçirilən “Tour de France”da yarışdığı velosiped iki hissəyə bölünüb.

Xatırladaq ki, belçikalı Evenepul 32.4 km məsafəyə yarışda Parisdə olimpiya çempionu olub. O, tarixdə eyni Olimpiadada fərdi və qrup yarışlarında qalib gələn ilk velosipedçidir.

Shares: