“Araz-Naxçıvan” klubu futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb.

Futbolinfo.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda “Mingəçevir”lə üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Araz-Naxçıvan” növbəti raundda “Zirə” – “Şamaxı” matçının qalibi ilə üz-üzə gələcək.

Daha əvvəl “Səbail” 1/4 finala yüksəlib. Günün son oyununda “Sabah” və “Turan Tovuz” klubları münasibətlərə aydınlıq gətirəcək. 1/8 final mərhələsinə dekabrın 4-də yekun vurulacaq.

Azərbaycan kuboku
1/8 final

3 dekabr

Araz-Naxçıvan – Mingəçevir 3:1
Qollar: Ülvü İsgəndərov, 5, Bernardo Dias, 21, Sezar Meza Kolli, 66 – Elmin Bayramov, 80.
Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
“Liv Bona Dea Arena”

Shares: