“Barselona” Frenki de Yonqa qiymət qoyub. İspaniya nəhəngi 2019-cu ildə 86 milyon avroya “Ayaks”dan aldığı yarımmüdafiəçini indi 20 milyona satmağa razıdır.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Hansi Flikin heyətdə görmək istəmədiyi niderlandlının müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Yrımmüdafiəçi həmin vaxt azad agent kimi klubu tərk edəcək. “Barselona” isə 27 yaşlı üzvünü havayı buraxmaq. Ona görə də de Yonqu mövsüm bitən kimi satacaq. Hətta yaxşı təklif olarsa, alış-veriş bu qışda da reallaşa bilər.

Frenki ilə bir sıra klublar maraqlanır. İspanlar onu satmaq üçün xeyli vaxtdır çalışır. Lakin yarımmüdafiəçi nə maaşının azaldılmasına, nə də satılmağa razı deyil.

Shares: