“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu (2:2, penaltilər 3:1) şərh edib.
Futbolinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularıma təşəkkür edirəm. Onlar xarakter göstərdilər. Oyun bizim üçün çox çətin alındı. Uşaqlar özlərində güc tapdılar və qələbə qazandıq. Penaltilər seriyası lotoreyadır. Burada kim stressə daha dözümlü olursa, o qalib gəlir. Mərhələ adlamağın bizim üçün önəmi böyükdür. Futbolçuların əksəriyyəti bu gün 120 dəqiqə meydanda oldu. “Qarabağ”la oyunda müəyyən rotasiyalar edəcəyik. Əlavə edərdim ki, bu gün süni meydançada oynamaq vəziyyəti bir qədər də ağırlaşdırır.
“Turan Tovuz”un müdafiəçisi Denis Marandiçiyə şəfa diləyirəm. İnanıram ki, tez bir zamanda sağalacaq”.