Ruud van Nistelroyu baş məşqçi postuna gətirən “Lester” indi də komandanı gücləndirmək fikrinə düşüb. İngiltərə Premyer Liqasında işləri yaxşı getməyən “tülkülər”, xüsusilə ön xəttdə güclənmə planları cızır.

Futbolinfo.az xəbər verir ki, dünən debüt oyununu qələbə ilə başa vuran niderlandlı mütəxəssis bir neçə transfer istəyib. Onlardan Evan Ferqyussonun adı bəllidir. “Lester” 20 yaşlı irland üçün “Brayton”a 45 milyon avro təklif edəcək.

2021-ci ildə “Bohemians”dan heyətə qatılan Evanın 2029-cu ilin yayınadək müqaviləsi var. “Brayton” yaxşı təklif olacağı halda onu satmağın əleyhinə deyil. “Lester” Ferqyussonu qışda icarəyə götürmək, mövsüm bitən kimi isə birdəfəlik almaq niyyətindədir.

Shares: