“Red Bull” komandasının texniki direktoru Pyer Vaşenin fikrincə, “McLaren” Azərbaycan qran-prisində texniki reqlamenti pozmaqla qələbə qazanıb.

“Biz qaydalarda həmişə boşluqların və onların mühəndislər üçün cəlbedici olduğunu bilirik. “McLaren”in arxa qanadını xatırlayın. Üzr istəyirəm, amma bu, artıq qaydalarda boşluq deyil, bu, bütün etik normaları pozmaq deməkdir. Bu qayda pozuntusu olmasaydı, onlar Azərbaycan qran-prisini qazana bilməzdilər və nəticədə indi Mühəndislər Kubokunda vəziyyət tamamilə başqa cür olardı”, – deyə komanda rəsmisi “Racingnews365”ə müsahibəsində bildirib.

Qeyd edək ki, “Red Bull” artıq 2024-cü il mövsümündə Mühəndislər Kubokunda qalib gəlmək şansını itirib.

Shares: