Polşalı tennisçi İqa Şvyontek dopinq qalmaqalından sonra PR menecerini işdən azad edib.
Tennisçi ilə 4 il əməkdaşlıq edən Paula Voliçka vəzifəsini tərk edəcək, onun yerinə Daria Sulqostovska gələcək.
“İqa ilə 4 illik əməkdaşlıq idman həvəskarı üçün unudulmaz idi. Həqiqətən də bu, mənim üçün unikal peşə təcrübəsi oldu. Mən İqaya və bütün komandaya gələcək fəaliyyətlərində uğurlar arzulayıram”, – deyə Voliçka qeyd edib.
Xatırladaq ki, keçən həftə Şvyontekin dopinq testinin müsbət olduğu məlum olub. Polşalı tennisçinin orqanizmində trimetazidin tapılıb. Rəsmi versiyaya görə, maddənin mənbəyi çirklənmiş dərmandır.