Ağcabədidə Gənclər və İdman Nazirliyinin Azərbaycan Üzgüçülük Federasiyası ilə birgə reallaşdırdığı “Üzgüçülük hamı üçün” yarışı keçirilib.
“Kür” Olimpiya Tədris İdman Mərkəzində təşkil olunan yarışda 31 idmançı öz məharətini göstərib. Yekunda 25 nəfər fərqlənən iştirakçıya Gənclər və İdman Nazirliyinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, yarış türk dövlətləri arasında üzgüçülük idman növünün təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli keçirilməsi məqsədilə təşkil edilib.