İlkin Muradovun yeni komandası müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, “Şamaxı”dan yenicə ayrılan 28 yaşlı yarımmüdafiəçi Premyer Liqada çıxışını davam etdirəcək. Belə ki, o, “Səbail”lə anlaşıb. Muradov qəsəbə təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, İlkin Muradov 2022-2023 mövsümündə də “Səbail”in formasını geyinib. O, yalnız yeni ildən “dənizçilər”in formasını geyə biləcək.

Shares: