Formula 1 və Niderland qran-prisinin promouteri arasında yeni sözləşmə imzalanıb. Müqavilə 2026-cı il mövsümünə qədər – yəni, bir illiyinə uzadılıb. Bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb. Həmçinin, promouter 2026-cı ildən sonra çempionatdan getmək barədə qərar verildiyini bildirib.

2025-ci ildə Niderland mərhələsi avqustun 29-dan 31-dək keçiriləcək. İlk dəfə sprint yarışını da əhatə edəcək 2026-cı il qran-prisinin tarixi isə gələn il açıqlanacaq.

Bu mövsüm Niderland qran-prisinin qalibi “McLaren” komandasının britaniyalı pilotu Lando Norris olub. “Red Bull”dan Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler isə üçüncü yeri tutub.

Shares: