UEFA Estoniya Futbol Assosiasiyasını azarkeşlərin Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələyib.

Futbolinfo.az xəbər verir ki, buna oktyabrın 11-də Millətlər Liqasında keçirilmiş Estoniya – Azərbaycan matçında fanatların meydana yad əşyalar atması səbəb olub.

Qurum buna görə 4875 avro ziyana düşüb.

Oktyabrın 11-də Tallin şəhərində keçirilmiş oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1.

Shares: