“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Bizim üçün oyun çətin başladı. Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu. Birinci hissədə qol epizodlarımız da oldu. Amma reallaşdıra bilmədik. Heyətin 70-80 faizini dəyişmişdik, ona görə də çətinlik yaşadıq. Ümumi götürəndə maraqlı həftə keçirəcəyik. Bazar günü “Zirə” ilə çempionat oyunumuz var. Əsas odur ki, qələbə qazandıq. Zədəsiz növbəti oyuna hazırlaşacağıq”.

Shares: