Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yüksələn sonuncu klubun adına Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, 1/8 finalda üz-üzə gələn “Sumqayıt” və MOİK kollektivlərinin görüşündə meydan sahibləri 3:1 hesablı qələbəyə sevinib.
Vaqif Cavadovun rəhbərlik etdiyi “Sumqayıt” növbəti mərhələdə “Sabah”la qarşılaşacaq.
Azərbaycan kuboku
1/8 final
4 dekabr
Sumqayıt – MOİK 3:1
Qollar: Sertan Taşkın, 30. Sənan Muradlı, 98. Rəhim Sadıxov, 118 – İbrahim Əliyev, 64.
Hakimlər: Rauf Allahverdiyev, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu