“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində MOİK-ə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyunla bağlı bunları söyləyib:

“Bir az gərgin oyun izlədik. Baxmayaraq ki rəqibin bir-sıra baxımlı hücumları oldu, lakin 120 dəqiqə ərzində üstün tərəf biz idik. Komandam sonadək öz gücünü göstərdi. MOİK-ə də qarşıdakı oyunlarda uğurlar arzulayıram. Qəzənfər müəllim gözəl komanda formalaşdırıb. Futbolçularımı təbrik edirəm. Yolumuza inamla davam edəcəyik”.

Shares: