“Yuventus”un hücumçusu Duşan Vlahoviç zədəsini sağaldıb.
Futbolinfo.az xəbər verir ki, o, A Seriyasının 15-ci turunda “Bolonya”ya qarşı keçiriləcək matçda komandasına kömək edə biləcək.
Serbiya yığmasının heyətində Danimarka ilə qolsuz yekunlaşan UEFA Millətlər Liqasının matçında sıradan çıxan 24 yaşlı futbolçu “qoca sinyora”nın son üç oyununda meydana çıxa bilməyib.
Vlahoviç cari mövsüm Turin təmsilçisinin heyətində 16 oyunda 9 qol vurub.
“Yuventus” – “Bolonya” görüşü dekabrın 7-də keçiriləcək.