“Liverpul”un futbolçusu Məhəmməd Salah yeni rekorda imza atıb. O, buna İngiltərə Premyer Liqasının 14-cü turunda “Nyukasl”la matçda (3:3) nail olub.

32 yaşlı hücumçu görüşdə dubl edib və məhsuldar ötürmə verib. Salah İngiltərə çempionatlarında həm qol vurduğu, həm də qol ötürməsi etdiyi matçların sayını 37-yə çatdırıb. Bu isə rekord göstəricidir.

Əvvəlki rekord Ueyn Runiyə məxsus idi – 36 oyun.

Shares: