Matis Tel “Bayern”dən ayrıla bilər. Münhen klubunda kifayət qədər oyun vaxtı almayan sol cinah hücumçusu oynaya biləcəyi komanda axtarışındadır.

Futbolinfo.az xəbər verir ki, 19 yaşlı fransalı icarəyə yollanmaq nyyətindədir. Klub rəhbərliyi onunla bu mövzuda müzakirə aparıb və başqa klubda 1-2 il keçirməyin hər iki tərəfə faydalı olacağı qənaətinə gəliblər. Qışda gələn təkliflərdən biri dəyərləndiriləcək.

2022-ci ilin avqustunda “Renn”dən 20 milyon avroya transfer edilən Telin “Bayern”lə 4,5 illik müqaviləsi qalır. Onun Fransaya qayıtmaq ehtimalı var.

Shares: