2024-cü ildə dünyanın ən çox qazanan 15 qadın idmançısısından 9-u tennisçi olub. Siyahını “Sportico” portalı hazırlayıb.
Reytinqdə birinci yeri dünyanın üçüncü raketkası, amerikalı Kori Qauff tutub. Portalın məlumatına görə, o, bu il 30,4 milyon dollar qazanıb. Bunlardan 9,4 milyon dolları turnirlərdəki mükafatlar, qalan 21 milyonu isə sponsorluq müqavilələridir.
WTA dünya reytinqinin lideri belaruslu Arina Sabalenka 17,7 milyon dollar (9,7 milyon dollar + 8 milyon dollar) qazanaraq beşinci yerdə qərarlaşıb.
Dünyanın ən çox qazanan qadın idmançıları siyahısında tennisçilərin mövqeləri ilə sizi tanış edirik:
1. Kori Qauff (ABŞ) – 30,4 milyon dollar (pul mükafatı 9,4 milyon dollar + sponsorluq qazancı 21 milyon dollar).
3. İqa Şvyontek (Polşa) – 21,4 milyon dollar (8,4 milyon dollar + 13 milyon dollar).
4. Jenq Ginqven (Çin) – 20,6 milyon dollar (5,6 milyon dollar + 15 milyon dollar).
5. Arina Sabalenka (Belarus) – 17,7 milyon dollar (9,7 milyon + 8 milyon dollar).
6. Naomi Osaka (Yaponiya) – 15,9 milyon dollar (870 min dollar + 15 milyon dollar).
7. Emma Radukanu (Böyük Britaniya) – 14,7 milyon dollar (671 min dollar + 14 milyon).
11. Jasmin Paolini (İtaliya) – 10 milyon dollar (6,5 milyon dollar + 3,5 milyon dollar).
13. Cessika Pequla (ABŞ) – 8,2 milyon dollar (4,2 milyon dollar + 4 milyon dollar).
14. Yelena Rıbakina (Qazaxıstan) – 7,9 milyon dollar (3,9 milyon dollar + 4 milyon dollar).