“Çelsi”də çıxış edən yarımmüdafiəçi Mixail Mudrik komandasının İngiltərə Premyer Liqasında son oyununu buraxıb.
Futbolinfo.az xəbər verir ki, ukraynalı futbolçu xəstələndiyinə görə “Sauthempton”a qarşı oynamayıb.
Matç London komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb.
23 yaşlı yarımmüdafiəçi İngiltərə çempionatının cari mövsümündə 7 oyun keçirib. Onun komandası Premyer Liqanın 14 turundan sonra 28 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
“Çelsi” lider “Liverpul”dan 7 xal geri qalır.