Dünya Şahmat Tacı uğrunda keçirilən görüşdə 9-cu partiya baş tutub. Hindistanlı qrossmeyster Qukeş Dommaracu bu dəfə ağ fiqurlarla oynayıb. Son dünya çempionu çinli Dinq Lijen rəqibinin üstünlük əldə etməsinə imkan verməyib. Bu partiyadan sonra ümumi hesab 4,5:4,5 olub. Qeyd edək ki, son 6 oyun bərabərliklə başa çatıb.

Dommaraju və Lijen oyunu 138 il ərzində Asiyadan olan iki şahmatçı arasında ilk oyundur.

Şahmat tacı uğrunda görüş dekabrın 15-dək davam edəcək. Oyunlar Sinqapurdakı “Resorts World Sentosa”da keçirilir. Şahmatçılar 14 oyun keçirəcəklər. Heç-heçə olduğu halda qalibi tay-brek təyin edəcək.

Shares: