Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu İtaliya təmsilçisi “İnter”də ayın futbolçusu seçilib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi azarkeşlərin səsverməsinə əsasən ən yaxşı oyunçu adına layiq görülüb.
O, noyabr ayında UEFA Çempionlar Liqasında “Arsenal”a (İngiltərə), A Seriyasında isə “Napoli”yə qarşı matçlarda uğurlu çıxışı ilə yadda qalıb.
Çalhanoğlu qitənin ən nüfuzu klub turnirində “Arsenal”la yanaşı, “Leypsiq” lə (Almaniya) qarşılaşmada fərqlənməyi bacarıb.