Özbəkistan millisinin futbolçusu Cəsurbek Yaxşiboyev karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə iddia ilə Qazaxıstan mətbuatı çıxış edib.

Bildirilib ki, bu ölkənin “Ordabasi” klubunda çıxış edən 27 yaşlı vinger “Neftçi”dən təklif alıb. İddiaya görə, bakılılar sağ vinger mövqeyindəki boşluğu məhz Yaxşiboyevlə doldurmaq niyyətindədir. Üstəlik, oyunçu ilə razılıq əldə olunsa, keçid Premyer Liqa təmsilçisinə havayı başa gələcək. Çünki özbəkistanlı ön xətt oyunçusunun klubu ilə müqavilə müddəti bu ayın sonuna qədərdir.

Cəsurbek Yaxşiboyev bu mövsüm “Ordabasi”nin heyətində 9 qol, 3 assistlə yadda qalıb. O, daha əvvəl ölkəsində “Paxtakor”un formasını geyinməklə yanaşı, Belarus, Polşa və Moldovada legioner həyatı yaşayıb.

Shares: