Bu gün Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçiriləcək. Ölkə çempionu “Sabah” “Naxçıvan”la üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

A qrupunda yer alan hər iki komandanın 8 xalı var. Paytaxt təmsilçisi top fərqinə görə birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki üç matçında “Quba” “Ordu”ya (101:75), “Sərhədçi” NTD-yə (84:79), “Abşeron” “Neftçi”yə (72:56) qalib gəlib. “Sumqayıt” – “Gəncə” görüşü dekabrın 7-də, “Şəki” – “Lənkəran” oyunu isə dekabrın 8-də baş tutacaq.

Shares: