Milan Şkrinyar uğrunda mübarizə davam edir. Yanvarda İtaliyaya dönəcəyi şübhə doğurmayan mərkəz müdafiəçisinin hansıı klubu seçəcəyi bilinmir.

Futbolinfo.az xəbər verir ki, Slovakiya yığmasının kapitanı mövsümün əvvəlində “İnter”i azad agent kimi tərk edərək Fransaya yollanmışdı. Lakin PSJ-də onun işləri qaydasında getmir. Baş məşqçi Luis Enrikenin güvənmədiyi futbolçu daim oynayacağı klub axtarır.

20 milyon avro qiyməti olan 29 yaşlı müdafiəçinin əsas müştəriləri “Napoli” və “Yuventus”dur. Milan hər iki klubla danışıq aparır, yekun qərarı isə ilin sonunadək verəcək.

Shares: