Kevin de Bruyne “Mançester Siti”nin bş məşqçisi Xosep Qvardiola ilə aralarında heç bir problem olmadığını deyib. “Şəhərlilər”in yarımmüdafiəçisi son müsahibəsində şayiələrə aydınlıq gətirib.

Futbolinfo.az xəbər verir ki, Belçika millisinin üzvü çalışdırıcı ilə heç vaxt problem yaşamadığını bildirib: “İnsanların bu söhbətləri necə uydurduğunu bilmirəm. Qvardiola ilə heç vaxt problemim olmayıb. Sadəcə, indi zədəmi tam sağaltmamışam, bu səbəbdən tam gücümlə oynamıram, məşqçi də bəzən məni əvəzləyir. Bundan narahat deyiləm”.

Kevin sağlamlığı haqda düşündüyünü deyib: “İndi əsas hədəfim zədəmi tam sağaldıb komandaya kömək etməkdir”.

Shares: