Basketbol üzrə Avroliqa turnirində 14-cü tura start verilib.

Türkiyə komandaları üçün tur müxtəlif alınıb. Səfərdə “Jalgiris”lə oynayan “Anadolu Efes” məğlubiyyətə düçar olub. İlk dəqiqələrdən böyük fərq yaradan Litva komandası üstünlüyü 22 xala qədər artırıb. Sonda isə 85:72 hesabı ilə qalib gələn “Jalgiris” uğursuz seriyaya son qoyub.

“Fənərbaxça” isə Madriddən qələbə ilə dönüb. İstanbul klubu “Real”ı məğlubiyyətə uğradıb – 82:70.

“Partizan” ardıcıl 4-cü qələbəsini qazanıb. Bu dəfə son çempion “Panatinaikos” 91:73 hesabı məğlub edilib.

“Bayern” evdə geri düşməsinə baxmayaraq “Baskoniya”ya qalib gəlib – 94:80. “Barselona” isə səfərdə çətinliklə də olsa (88:86), “Makkabi”yə qalib gəlib.

Bu gün keçiriləcək 4 oyunla 14-cü tura yekun vurulacaq.

Shares: