Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax bu yay Parisdə (Fransa) keçirilən Olimpiadanın böyük uğuru haqqında danışıb.
“İcraiyyə Komitəsi diqqəti Olimpiadanın böyük uğuruna yönəltdi. Biz oyunların təşkilat komitəsindən, idmançılardan və milli olimpiya komitələrindən hesabatlar almışıq. Uğurlu göstəricilər haqqında xəbərləri dünya mediasından, media hüquqları sahiblərindən və qlobal tərəfdaşlarımızdan eşitdik.
Paris Olimpiadası potensial tamaşaçıların 84%-ni toplayıb. Bu o deməkdir ki, oyunları 5 milyard insan izləyib. Yayım hüququna malik platformalarda 28,7 milyard saat videoya baxılıb”, – deyə Bax Lozannada BOK İcraiyyə Komitəsinin yekunlarına dair mətbuat konfransında bildirib.