İtaliyanın “Fiorentina” klubunun hazırda xəstəxanada olan 22 yaşlı yarımmüdafiəçisi Edoardo Bove ürək dayanmasının qarşısını alan defibrilyator quraşdırılmasına razılaşıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

Əməliyyatdan sonra idmançının sağlamlığı üçün təhlükə aradan qaldırılacaq. Lakin İtaliya idman təbabəti və kardiologiya normalarına əsasən, defibrillyator quraşdırılmış oyunçular yarış müsabiqələrində iştirak edə bilməzlər.

Futbolçu A Seriyasının 14-cü turunda, “İnter”lə oyunda huşunu itirdikdən sonra reanimasiyaya yerləşdirilib. Hazırda o, reanimasiya şöbəsindən kardiologiya şöbəsinə köçürülüb və dəqiq diaqnozun qoyulması üçün test prosesi davam edir.

Shares: