“Kəpəz”in müdafiəçisi İlkin Qırtımov son durumu barədə danışıb.

Futbolinfo.az xəbər verir ki, futbolçu klubun mətbuat xidmətinə açıqlamasında əməliyyatdan sonra tibbi prosedurlara əməl etdiyini bildirib.

Diz oynağından zədə alan Qırtımov tezliklə sağalacağına inanır: “Müalicə, bərpa prosesi normal davam edir. Hər şey yaxşıdır. Davamlı müayinə olunuram. Şükür ki, ilk vaxtlar şiş olmadı. Əməliyyat uğurlu alınıb. Həkimlərin dediyi qaydada dizimi məşq etdirirəm. İnşallah, işlər arzuladığımız şəkildə gedər”.

Futbolçu onunla maraqlananlara, xüsusilə də azarkeşlərə təşəkkür edib: “Ürəyi “Kəpəz”lə döyünən bütün azarkeşlərimizə minnətdaram. İlk gündən dəstək verdilər. Onlar üçün dəyərli olduğumu hiss etdim. Komanda yoldaşlarım, klub rəhbərliyi də vəziyyətimi diqqətdə saxlayır, qayğı göstərir. Əlimdən gəldiyi qədər məşqlərə tez qoşulmağa çalışacağam ki, komandamın yanında olum. “Kəpəz”ə təcrübəmlə kömək edim”.

Shares: