“Mançester Yunayted” indi də “Tottenhem”in oyunçusuna göz dikib. Londonluların kapitanı Hun-min Son mankunianların düşərgəsinə köçə bilər.

Futbolinfo.az xəbər verir ki, cənubi koreyalı cinah hücumçusu baş məşqçi Ruben Amorimin istədiyi futbolçulardan biridir. “Tottenhem”də titulsuzluqdan bezən 32 yaşlı oyunçu da yeni iş yeri axtarır. Rəsmi təklif göndərilsə, londonlular məhz Sonun fikrini əsas götürəcək.

2015-ci ilin yayında “Bayer”dən 30 milyon avroya transfer edilən cənub koreyalının dəyəri hazırda 45 milyon avrodur. Onun “Tottenhem”lə müqaviləsi mövsümün sonunda bitir. Paytaxt klubu ya onunla yeni müqavilə bağlamalı, ya da elə indi satmalıdır. Əks halda, Son azad agentə çevriləcək.

Shares: