Niko Uilyams “Mançester Siti”yə keçə bilər. Həm oyunçunu, həm də “şəhərlilər”i bu transferə Rodri inandırıb.

Futbolinfo.az xəbər verir ki, hazırda zədəli olan “Qızıl Top” sahibi İspaniya millisində birgə çıxış edən həmyerlisinin “Atletik”i daha güclü kluba dəyişməsinin zamanının çatdığını düşünür. “Şəhərlilər”in liderlərindən olan yarımmüdafiəçi klubuna da oxşar tövsiyyə verib.

Uilyamsın yetişdiyi Bilbao klubu ilə 2027-ci ilin yayınadək müqaviləsi var. O, “Barselona”nın təklifindən bir neçə dəfə imtina edib. Transfer dəyəri 70 milyon avro olan oyunçunun Rodrinin istəyinə nə cavab verəcəyi tezliklə bilinəcək. Mançesterlilərin bunun üçün rəsmi təklif göndərməsi də lazımdır.

Shares: