Start götürən Əbu Dabi qran-prisinin əsas yarışında Şarl Lekler 10 yer itirəcək. “Ferrari” sürücüsünün bolidində batareyaların dəyişdirilməsi həyata keçirilib. Buna görə də ona startda 10 yer cərimə verilib.

Əlavə edək ki, Lekler bu gün keçirilən ilk sərbəst yürüşlərdə ən yaxşı nəticə göstərib.

Ondan başqa daha iki nəfər cəzalanıb. “Vilyams” komandasının sürücülərinə 5 yerlik cərimə verilib. Həm Albon, həm də Kolapinto təsnifatdakı yerlərindən deyil, 5 yer geridən start alacaqlar.

Shares: