Formula 1 Çin Qran Prisi ilə müqavilənin müddətinin uzadıldığını elan edib. Tərəflər müqaviləni 5 il müddətinə artırıblar. Beləliklə də, Şanxaydakı mərhələ 2030-cu il mövsümünə qədər Formula 1-in təqvimində olacaq.
Bu mövsüm Formula 1 Çin qran-prisi aprelin 19-dan 21-dək baş tutub. Onun qalibi “Red Bull” pilotu Maks Ferstappen olub. Ondan sonrakı yerlər “McLaren”dən Lando Norris və komanda yoldaşı Serxio Peresə qismət olub.
Xatırladaq ki, niderlandlı pilot Maks Ferstappen artıq bu mövsüm çempionluq titulunu təmin edib.