Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti”də (İngiltərə) yeni baş məşqçi təyinatı gerçəkləşib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Çempionşip təmsilçisini Ruben Selles çalışdıracaq. 41 yaşlı mütəxəssislə 2027-ci ilin yayında kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da fiziki hazırlıq üzrə məşqçi vəzifəsində işləyib.