Basketbol üzrə Avroliqa turnirində 14-cü tur başa çatıb.

Gecənin əsas oyunu Yunanıstanda keçirilib. “Olimpiakos” doğma arenada “Paris” komandasını qəbul edib. Liqanın debütantı olan fransızlar bu dəfə güclü təsir bağışlayıblar. Gərgin keçən oyunda “Paris” qələbə qazanıb – 91:90. Bununla da onlar vahid liderliklərini davam etdiriblər.

Baş məşqçinin qovulmasından sonra da “Virtus” uğursuzluq seriyasına son qoya bilməyib. Bolonya komandası evdə “Srvena Zvezda”ya 87:94 hesabı ilə məğlub olub.

Digər İtaliya komandası “Olimpiya” Milanda ASVEL-ə 92:84 hesabı ilə qalib gəlibsə, “Monako” evdə “Alba”nı darmadağın edib – 100:80.

Shares: