Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun Gəncədə keçirilib.

Şəhərin eyniadlı komandası “Milli Aviasiya Akademiyası”nı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 3:2 (20:25, 21:25, 25:17, 25:18, 15:11)

Turun əvvəlki görüşlərində “Azərreyl” “Murov Az Terminal”ı (3:2), “Abşeron” isə UNEC-i (3:0) məğlub edib.

Shares: