Formula 1 üzrə dünya çempionatının son təsnifat mərhələsi başa çatıb.

Əbu Dabidə keçirilən yarışda “Maklaren” pilotları ən sürətli olublar. İlk yer Lando Norrisə, ikinci isə Oskar Piastriyə qismət olub. Mərhələ Lyuis Həmilton və Şarl Lekler üçün uğursuz alınıb. Son yarışını keçirən Karlos Sayns üçüncü yerdən start vermək hüququ qazanıb.

Çempionluğu təmin edən Ferstappen üçün də təsnifat istənilən kimi alınmayıb. Niko Hülkenberq isə “Haas” komandası ilə son yarışında dördüncü nəticə göstərib.

Shares: