Bu günlərdə Brisbendə keçirilən 18 yaşadək idmançılar arasında atletika üzrə Avstraliya çempionatında 16 yaşlı yerli sprinter Qaut Qaut 100 metr məsafəni 10,04 saniyəyə qaçıb.
Güclü külək (+3,4 m/s) səbəbindən nəticə hesaba alınmayıb.
Xatırladaq ki, nəticənin qeydə alınması üçün maksimal külək sürəti +2 m/s-dir.
100 m məsafəyə qaçışda dünya rekordu səkkizqat olimpiya çempionu yamaykalı Useyn Bolta aiddir. O bu məsafəni 9,58 saniyəyə qət edib. Bu məsafədə 2024-cü il Olimpiya çempionu amerikalı Noa Laylz 9,79 saniyə nəticə ilə qızıl medal qazanıb.
Bir neçə gün əvvəl Avstraliya çempionatında Qaut Qaut 200 m məsafəni 20,04 saniyəyə qət etmişdi. O, 56 il əvvəlki milli rekordu yeniləyib.