Britaniyalı Keti Marşant və alman Alessa-Katriona Prepster trek velosipedi üzrə Çempionlar Liqasının Londonda keçirilən mərhələsində keirin yarışı zamanı maneəni aşaraq tamaşaçıların üzərinə düşüblər.
Velosipedçilər hündürlüyü 140 santimetr olan səddi aşaraq, trasdan çıxıb tamaşaçıların arasına keçiblər. Son dövrədə yüksək sürətlə hərəkət edən alman idmançı Keti Marşantı maneəyə doğru sıxıb. Nəticədə hər ikisi yüksək sürətlə onun üzərindən birlikdə uçaraq tamaşaçıların üzərinə yıxılıblar.
Velosipedçilər və dörd tamaşaçıya tibbi yardım göstərilib. Qolu sınan Marşant xəstəxanaya aparılıb.