Braziliya çempionatında cari mövsümün qalibi müəyyənləşib. “Botafoqo” “San Paulu”nu Rio-de-Janeyrodakı “Joao Havelanj Olimpiya Stadionu”nda keçirilən görüşdə 2:1 hesabı ilə məğlub edərək xallarının sayını 79-a çatdırıb və “Palmeyras” (73 xal) üçün əlçatmaz olub.
Bununla da komanda 29 il sonra yenidən Braziliya çempionu adını qazanıb. “Botafoqo” buna qədər 1968 və 1995-ci illərdə hamıdan güclü olmuşdu.
Xatırladq ki, “Botafoqo” ötən həftə də tarixində ilk dəfə Libertadores Kubokuna sahib çıxmışdı.