MBA-da bu gecə 12 oyun baş tutub.
Lebron Ceymsin yoxluğuna baxmayaraq “Los-Anceles Leykers” “Portlend Treyl Bleyzers” üzərində qələbə qazanıb. 107:98 hesabı ilə bitən görüşdə Lebronun oğlu Bronni də iştirak edib.
Digər Los-Anceles komandası evdə “Hyuston Rokets”ə məğlub olub – 106:117. Alperen Şengün dabl-dabl edib.
Antetokumbo da gecədə dabl-dablla yadda qalıb. Yunanıstanlı basketbolçunun komandası səfərdə “Bruklin Nets” üzərində qələbə qazanıb – 118:113.
Lider “Kavalers” mövsümdə 4-cü məğlubiyyəti ilə üzləşib. “Mayami Hits”lə qarşılaşma 122:113 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Gecənin ən məhsuldar komandası “Sakramento Kinqs” olub. 141:97 hesabı ilə “Yuta Caz” məğlub edilib.