Dünyanın 12-ci raketkası, ispaniyalı tennisçi Paula Badosa Əbu-Dabi Qran Prisində həmyerlisi Fernando Alonso ilə görüşüb. Bu barədə idmançı sosial şəbəkədəki şəxsi səhifəsində məlumat verib.

“Haydı, Fernando!” – deyə Badosa fotoya şərh yazıb.

Paula mövsümü erkən başa vursa da, “Billie Jean King Cup” yarışında iştirak edib.1/8 finalda İspaniya yığması Polşa komandasına 0:2 hesabı ilə uduzub. Badosa dünyanın ikinci raketkası İqa Şvyontekə 3:6, 7:6 (7:5), 1:6 hesabı ilə məğlub olub.

Dekabrın 8-də Birləşmiş Ərəb Əmirliklərində Formula 1-in 2024-cü il mövsümünün son mərhələsi başa çatıb. “Aston Martin” komandasının sürücüsü Fernando Alonso liderdən 1 dəqiqə 22 saniyə geri qalaraq 9-cu yeri tutub. Qələbəni “McLaren” komandasının britaniyalı pilotu Lando Norris qazanıb.

d32565cc 3198 4123 877e 6cd7c056ac76 - Futbolinfo.az
Shares: